Beyləqanda mövsümə uyğun yaşıllaşdırma işləri davam etdirilir
24 fevral 2026 | 14:57
Beyləqan Rayon İcra Hakimiyyətinin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonda yaşıllaşdırma və abadlıq tədbirləri ardıcıl şəkildə həyata keçirilir.
Beyləqan rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən şəhərin park və istirahət ərazilərində, eləcə də yaşıllıq zonalarında mövsümə uyğun gül kolları əkilir, mövcud yaşıllıq sahələrinə qulluq göstərilir. Əkilən bitkilərin suvarılması və qorunması da diqqətdə saxlanılır.
Bununla yanaşı, abadlıq və təmizlik işləri mərhələli şəkildə Beyləqan şəhərinin mərkəzində-müxtəlif yaşayış məntəqələrində, yaşayış binalarının ətrafında, eləcə də kənd və qəsəbələrdə davam etdirilir.







