Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda mülki müdafiə ilə 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə dair metodiki toplantı keçirilib

02 dekabr 2025 | 11:45
2 dekabr 2025-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi və rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının iştirakı ilə “2025-ci ilin yekunu, 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı” metodiki toplantı keçirilib.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Telman Məstanov, FHN-in Qarabağ Regional Mərkəzinin Mülki müdafiə idarəsində baş zabit, mayor İntiqam Mikayılov, həmçinin rayonun fövqəladə hallar komissiyasının üzvləri, təhsil, səhiyyə, mədəniyyət sahələrinin rəhbərləri, RİHB-nin şəhər, qəsəbə və kənd ərazi nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
 
Görüşdə əhalinin mülki müdafiəsinin təşkili, idarə və müəssisələrdə mövcud çatışmazlıqların aradan qaldırılması, 2026-cı il üçün mülki müdafiə tədbirləri planlarının razılaşdırılması, mülki müdafiə kurslarının komplektləşdirilməsi və tədris-qərargahların yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
 
Bununla yanaşı, obyektlərdə mülki müdafiə tədbirlərinin icrası, təlim və məşğələlərin keçirilməsi, eləcə də yerli icra strukturları ilə FHN-in Qarabağ Regional Mərkəzi arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi barədə tapşırıqlar verilib.
 
Sonda 2026-cı ildə mülki müdafiə işinin daha sistemli və səmərəli təşkili üzrə müvafiq müzakirələr aparılıb.
Keçidlər