Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Müqəddəs Qurban bayramı qeyd edilib.

27 may 2026 | 21:41
Müqəddəs Qurban bayramı xalqımızın əsrlərdən bəri yaşatdığı humanizm, mərhəmət və paylaşma dəyərlərinin təcəssümüdür. Bu əziz gündə insanların sevincini bölüşmək, xüsusilə qayğıya ehtiyacı olan ailələrə diqqət göstərmək milli-mənəvi həmrəyliyimizin mühüm göstəricilərindən biridir.
 
Qurban bayramı münasibətilə Beyləqan rayonunda şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün sosial dəstək aksiyası həyata keçirilib. Aksiya çərçivəsində ailələrə bayram sovqatları və qurban payları təqdim olunub. Rayonun şəhər, kənd və qəsəbələrini əhatə edən aksiya zamanı şəhid ailələri, qazilər, aztəminatlı ailələr, eləcə də kommunal sahədə çalışan zəhmətkeş sosial işçilər olmaqla ümumilikdə 1000-ə yaxın vətəndaşa yardım göstərilib.
 
Şəhid ailələri, qazilər və aztəminatlı ailələr ölkəmizdə sosial rifahın yüksəldilməsi, əhalinin həssas təbəqələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edərək, keçirilən sosial dəstək aksiyasına görə Beyləqan Rayon İcra Hakimiyyətinə və “Azərsun Holding”ə təşəkkürlərini bildiriblər. Onlar bu cür xeyirxah təşəbbüslərin cəmiyyətdə həmrəylik və paylaşma dəyərlərinin daha da güclənməsinə xidmət etdiyini vurğulayıblar.
Keçidlər