Beyləqanda narkomanlığa qarşı maarifləndirici tədbirlər keçirilib
20 noyabr 2026 | 08:00
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonda narkomanlığa qarşı mübarizə istiqamətində maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlər çərçivəsində iki ümumtəhsil məktəbində şagirdlərin, bir ümumtəhsil məktəbində isə valideynlərin iştirakı ilə görüşlər keçirilib.
Görüşlərdə narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərər, narkomaniyanın fəsadları, onun qarşısının alınmasında ailənin və təhsil müəssisələrinin rolu barədə ətraflı məlumat verilib. Eyni zamanda, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq tutulmasının, sağlam həyat tərzinin təşviq edilməsinin və bu istiqamətdə valideyn nəzarətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tədbirlər çərçivəsində, həmçinin “Uşaq Hüquqları Aylığı” çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi, böyük məsləhətçi Suliddin Əsgərov tərəfindən tədbir iştirakçıları ilə uşaq hüquqlarının müdafiəsi, uşaqların hüquq və vəzifələri, təhlükəsizliyinin təmin olunması və zərərli vərdişlərdən qorunması istiqamətində maarifləndirici söhbətlər aparılıb







