Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda növbəti asfaltlanma işləri həyata keçirilib

06 aprel 2026 | 11:13
Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində növbəti asfaltlanma işləri icra olunub.
 
Belə ki, Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində yerləşən 60 mənzilli 5 mərtəbəli yaşayış binasının ətrafında, həmçinin Heydər Əliyev prospekti və Akif Əkbərov küçələrinin kəsişməsində asfalt örtüyünün yenilənməsi işləri aparılıb.
 
Görülən işlər nəticəsində ərazidə nəqliyyatın hərəkəti və sakinlərin rahat gediş-gəlişi üçün əlverişli şərait yaradılıb.
Rayon ərazisində abadlıq işləri mərhələli şəkildə davam etdirilir.
Keçidlər