Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda növbəti iməcilik aksiyası keçirilib.

28 sentyabr 2024 | 12:07
Sentyabrın 28-də Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti iməcilik keçirilib.
 
Səhər saatlarından etibarən rayonun kommunal xidmətləri, idarə, müəssisələri və sahibkarları tərəfindən operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb, aksiya zamanı ərazilər alaq otlarından təmizlənib, ot örtüyü biçilərək səhmana salınıb. Daş və digər tullantılar, küləyin gətirdiyi kağız parçaları toplanıb. Bundan başqa, əkilən yeni yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Ağacların dibləri bellənib, suvarılıb, qurumuş budaqlar budanıb.
 
Qeyd edək ki, rayon ərazisində iməcilik tədbirləri davam etdiriləcək.
Keçidlər