Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda "Qan ver, həyat qurtar" devizi ilə qanvermə aksiyası keçirilib.

10 avqust 2023 | 17:40
10.08.2023-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti, TƏBİB və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində baş tutan aksiyada rayon ictimaiyyət nümayəndələri, idarə, təşkilat, müəssisə və hüquq mühafizə orqanlarının nümayəndələri fəal iştirak ediblər.
 
Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndirib və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər. Qeyd edək ki, donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Keçidlər