Beyləqanda qanvermə aksiyası keçirilib.
16 mart 2024 | 11:58
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə Beyləqanda növbəti qanvermə aksiyası keçirilib.
Bu xeyirxahlıq çağırışına qoşulan Beyləqan Rayon İcra Hakimiyyətinin, rayonun digər idarə, müəssisə və təşkilat əməkdaşları, eləcə də rayon ictimaiyyəti könüllü şəkildə donorluq aksiyasında qan veriblər.
Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.