Beyləqanda Qarabağ müharibəsi əlilinin ailəsinə başsağlığı verilib
05 avqust 2026 | 13:44
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Qarabağ müharibəsi əlili Əmirxanov Namiq Şəfa oğlunun həyat yoldaşının avtomobil qəzası nəticəsində vəfat etməsi ilə əlaqədar mərhumun ailəsini ziyarət edib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək, onlara səbir diləyib. Bildirib ki, dövlət tərəfindən müharibə iştirakçılarına, qazilərə və onların ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərilir.
Görüş zamanı Qarabağ müharibəsi əlili Namiq Əmirxanovla söhbət aparılıb, ailənin mövcud vəziyyəti və qayğıları ilə maraqlanılıb. Ailə üzvləri göstərilən mənəvi dəstəyə və diqqətə görə minnətdarlıqlarını bildiriblər.







