Beyləqanda “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?” mövzusunda maarifləndirici tədbir keçirilib
16 may 2025 | 11:06
Beyləqan Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsi və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbir Beyləqan rayonu 1-ci Şahsevən tam orta məktəbində baş tutub. Tədbirdə çıxış edən rəsmilər dini radikalizm və ekstremizmin mahiyyəti, bu cərəyanların gənclərə psixoloji təsir üsulları barədə ətraflı məlumat veriblər. Həmçinin, yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edilib.
Natiqlər çıxışlarında xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal şəkildə təbliğ olunmasının vacibliyini vurğulayıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.