Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda şahmat turniri keçirilib

07 may 2026 | 16:38
7 may 2026-cı il tarixdə Beyləqan rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində YAP Beyləqan rayon təşkilatının, Beyləqan rayonu üzrə Gənclər və İdman Sektorunun və Beyləqan rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında Şahmat idman növü üzrə rayon turniri keçirildi.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə Təhsil sektorunun müdiri Elvin Abbasov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon gənclər və idman sektorunun müdiri Sənan Quliyev, Beyləqan Olimpiya İdman Kompleksinin direktoru Gündüz İsgəndərov, Gənclər Evinin direktoru Marat Əsgərov və digər rəsmilər iştirak ediblər.
 
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Daha sonra tədbir iştirakçıları Beyləqan rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində keçirilən şahmat turnirinin gedişini izləyib, yarış iştirakçıları ilə söhbət aparıblar.
 
Yarışa start verilməzdən əvvəl çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışaraq bildirib ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider Heydər Əliyev idmanın inkişafına daim böyük diqqət və qayğı göstərmiş, məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilmişdir. O qeyd edib ki, Ulu Öndər tərəfindən əsası qoyulan gənclərə, idmana və şahmata göstərilən yüksək diqqət və qayğı bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 
Daha sonra çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov Ümummilli Lider Heydər Əliyevin gənclərə hər zaman xüsusi önəm verdiyini vurğulayıb, bu cür turnirlərin yeniyetmə və gənclərin intellektual inkişafında, vətənpərvər ruhda formalaşmasında mühüm rol oynadığını qeyd edib.
 
Turnirin sonunda qalib idmançılar medal və diplomlarla təltif olunublar.
Keçidlər