Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsi çərçivəsində film nümayiş olunub

26 avqust 2026 | 12:08
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə həyata keçirilən “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsi davam edir.
 
Layihə çərçivəsində avqustun 25-də Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi və Beyləqan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Aşıqalılar kənd Diyarşünaslıq evində “Həddən artıq uyğunluq” filmi nümayiş olunub.
 
Əvvəlcə Diyarşünaslıq evində fəaliyyət göstərən dərnəklər barədə iştirakçılara məlumat verilib, eksponatlar və folklor nümunələrindən ibarət sərgi ilə tanışlıq olub.
 
Layihənin məqsədi və ekran əsəri haqqında söz açıldıqdan sonra film nümayiş olunub.
 
Film kənd sakinləri, xüsusilə gənclər tərəfindən maraqla qarşılanıb. Nümayişin sonunda iştirakçılar layihənin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
 
Qeyd edək ki, 2016-cı ildə Ülviyyə Könülün rejissorluğu ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunan film romantik komediya janrındadır. Ekran əsərində sevgi, taleyin insan həyatındakı rolu, ailə dəyərləri və qarşılıqlı anlaşma kimi mövzulara toxunulur.
Keçidlər