Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda şəhid baş leytenant Mahir Dadaşzadənin məzarı ziyarət olunub

01 sentyabr 2026 | 14:03
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid baş leytenant Mahir Qərib oğlu Dadaşzadənin məzarını ziyarət edib.
 
Beyləqan RİH başçısı Əziz Əzizov şəhidin ailə üzvləri və yaxınları ilə birgə Mahir Dadaşzadənin məzarı önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
 
Əziz Əzizov bildirib ki, Mahir Dadaşzadə kimi Vətən uğrunda canından keçən qəhrəmanların şərəfli ömür yolu hər bir azərbaycanlı üçün qürur və örnəkdir. O, şəhidlərin Vətənə bağlılığının, milli ruhunun və fədakarlığının daim ehtiramla yad edildiyini qeyd edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin şəhidlərimizin qanı və qəhrəmanlığı bahasına əldə edildiyini vurğulayıb. Bildirilib ki, şəhid ailələrinə, müharibə veteranlarına və müharibə əlillərinə göstərilən dövlət diqqəti və qayğısı bundan sonra da davam etdiriləcək.
 
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər