Beyləqanda Şəhid Cabir Hüseynovun adını daşıyan küçədə səkilər yenilənir
24 noyabr 2026 | 12:24
Beyləqan şəhərində aparılan abadlıq və quruculuq işləri çərçivəsində Şəhid Cabir Hüseynov küçəsində mövcud səkilərin söküntüsü həyata keçirilir.
Hazırda küçədə köhnə və yararsız vəziyyətdə olan səkilərin sökülməsi işləri davam etdirilir. Növbəti mərhələdə ərazidə müasir tələblərə uyğun yeni səkilərin salınması, bordür daşlarının düzülməsi və ətrafın abadlaşdırılması nəzərdə tutulur.







