Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda şəhid məzarlarının ziyarəti davam etdirilir

06 noyabr 2025 | 13:27
44 günlük Vətən Müharibəsinin nəticəsi olaraq qazanılan Şanlı Qələbəmiz Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir. Bu il həmin möhtəşəm qələbənin 5-ci ildönümü qeyd olunur və artıq bir neçə gündür ki, rayon ərazisində şəhidlərimizin məzarlarının ziyarəti təşkil olunur. Qələbəni mümkün edən ən böyük dəyər – Vətənin azadlığı uğurunda canından keçən qəhrəmanların xatirəsidir. Bu ziyarətlər ardıcıl şəkildə davam etdirilərək, onların əziz xatirəsinə ehtiram nümayiş etdirilir.
 
Bu çərçivədə növbəti ziyarət Kəbirli və Tatalılar kəndlərində həyata keçirilib. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, DTX-nın rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH aparatının nümayəndələri, şəhid ailələri ilə birgə şəhidlərin məzarlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri qoyublar. Ziyarət zamanı qəhrəmanlarımızın ruhuna dualar oxunub, onların Vətənin suverenliyi və ərazi bütövlüyü naminə göstərdikləri fədakarlıq dərin hörmətlə anılıb.
 
Şəhid ailələri ziyarət çərçivəsində göstərilən diqqət və mənəvi dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Dövlətin şəhid ailələrinə olan həssas münasibəti və qayğısı qeyd olunub, bu siyasətin ardıcıl və davamlılıq prinsipinə əsaslandığı vurğulanıb.
Keçidlər