Beyləqanda şəhid övladlarına bayram sovqatları təqdim olunub
29 may 2026 | 11:30
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Beyləqan rayonunda şəhid övladları ziyarət olunaraq onlara bayram hədiyələri təqdim edilib.
“Hədiyyə karvanı” layihəsi çərçivəsində “YAŞAT” Fondunun dəstəyi və Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan 1–14 yaşlı 82 nəfər şəhid övladına bayram hədiyyələri təqdim olunub.
Layihənin əsas məqsədi Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əmanətləri olan övladlara diqqət və qayğının göstərilməsi, onların bayram sevincinin paylaşılması, dövlətimizin şəhid ailələrinə olan yüksək ehtiramının bir daha nümayiş etdirilməsidir.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirərək, bu cür humanist təşəbbüslərin onların mənəvi dəstək hissini daha da gücləndirdiyini vurğulayıblar.







