Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda şəhid övladlarına məktəbli ləvazimatları təqdim olunub

31 avqust 2026 | 20:42
“YAŞAT” Fondunun və “PAŞA Holding”in birgə təşkilatçılığı, Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yeni tədris ili ərəfəsində şəhid övladlarına məktəbli ləvazimatlarından ibarət hədiyyə qutuları təqdim olunub.
 
Beyləqan rayonunda keçirilən tədbir çərçivəsində rayon ərazisində 1-11-ci siniflərdə təhsil alan 87 şəhid övladına yeni tədris ili üçün zəruri məktəbli ləvazimatları təqdim edilib. Layihə şagirdlərin yeni tədris ilinə hazırlığına dəstək göstərməklə yanaşı, şəhid övladlarına diqqət və qayğının ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.
 
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Ailələr şəhid övladlarına göstərilən maddi və mənəvi dəstəyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, bu istiqamətdə həyata keçirilən layihələrin onların daim dövlət qayğısı ilə əhatə olunduqlarını bir daha nümayiş etdirdiyini bildiriblər.
Keçidlər