Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda şəhid övladlarının təhsil uğuru qeyd olunub

19 avqust 2026 | 19:38
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən müharibəsi şəhidi Əlizamin İsgəndərovun qızları Həqiqət İsgəndərli və Mələkxanım İsgəndərlinin Litvanın Vytautas Magnus Universitetinin magistratura pilləsinə qəbul olunmaları münasibətilə onları qəbul edib.
 
Görüşdə şəhid Əlizamin İsgəndərovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və keçdiyi şərəfli döyüş yolu ehtiramla yad olunub. Qeyd edilib ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsi daim uca tutulur, onların ailə üzvlərinə və övladlarına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
 
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidin hər iki qızını Litvanın Vytautas Magnus Universitetinin magistratura pilləsinə qəbul olunmaları münasibətilə təbrik edib, gələcək təhsil həyatlarında uğurlar arzulayıb. Bildirilib ki, şəhid övladlarının əldə etdiyi hər bir uğur böyük qürur hissi doğurur. Onların yüksək səviyyədə təhsil alaraq gələcəkdə Vətənə layiqli vətəndaş kimi yetişmələri dövlətimizin daim diqqət mərkəzindədir.
 
Həqiqət İsgəndərli və Mələkxanım İsgəndərli onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, magistr təhsillərində uğur qazanmaq və gələcəkdə ölkəmizə faydalı olmaq üçün səylə çalışacaqlarını qeyd ediblər.
 
Şəhidin həyat yoldaşı İlahə İsgəndərli göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, övladlarının təhsil uğurlarının ailə üçün böyük qürur olduğunu qeyd edib.
 
Görüşün sonunda şəhidin qızlarına, eləcə də onların kiçik qardaşına hədiyyələr təqdim olunub, həmçinin ailəyə pul mükafatı ayrılıb.
Keçidlər