Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda şəhid və qazi övladları üçün Yeni il şənliyi keçirilib.

26 dekabr 2023 | 10:07
Beyləqan Rayon İcra Hakimiyyəti və “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılğı ilə Azərbaycan torpaqlarının müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların, eləcə də qazilərin övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik keçirilib.
Musiqili-əyləncəli şənlikdə uşaqlar Yeni il personajı olan Şaxta baba ilə şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar oxuyub, xoş zaman keçiriblər.
Şənliyin sonunda balaca tamaşaçılara bayram hədiyyələri təqdim olunub.
Şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər