Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Səyyar “Sağlam həyat” günləri çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib

09 noyabr 2025 | 16:55
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Beyləqan Rayon İcra Hakiniyyəti ilə Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon təhsil sektorunun dəstəyi ilə Şanlı Zəfərimizin 5-ci ili münasibətilə Rayon İcra Hakimiyyətinin qaşısında Səyyar "Sağlam həyat" günləri layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib.
 
"Sağlam həyat" layihəsi çərçivəsində səyyar idman avtomobili ətrafında yerləşən idman qurğularında həvəskarlar müxtəlif idman növləri üzrə - qolların açılıb bükülməsi, turnikdə dartınma, tibbi topun atılması, yerindən təkanla tullanmaq, müxtəlif məsafələrə qaçış və.s idman normativlərini yerinə yetiriblər.
 
Yekunda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.
Keçidlər