Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Səyyar Sağlam Həyat” layihəsi çərçivəsində tədbir keçirildi.

14 noyabr 2024 | 12:13
“Sağlam həyat” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyinin səyyar idman avtomobili 13 noyabr 2024-cü il tarixdə Beyləqan şəhərində olub. Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə idman həvəskarları əyləncəli vaxt keçirib, müxtəlif idman növlərində qüvvələrini sınayıblar.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Mil-Muğan Regional İdman İdarəsinin rəisi Nadir Quliyev də “Sağlam həyat” layihəsində qonaq qismində iştirak etdilər.
 
Tədbirdə, yeniyetmə, gənc və orta yaşlı nəslin nümayəndələri,idman həvəskarları qoşularaq, müxtəlif idman növlərindən-voleybol, basketbol, stolüstü tennis, şahmat və boks avadanlıqlarından istifadə etməklə maraqlı vaxt keçirdilər.
 
Tədbirin məqsədi könüllülük əsasında sağlam həyat tərzinin aşılanmasıdır.
Keçidlər