Beyləqanda səyyar vətəndaş qəbulları davam edir
21 aprel 2026 | 17:55
21 aprel 2026-cı ildə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Təzəkənd kəndində növbəti səyyar vətəndaş qəbulu keçirib.
Qəbulda Beyləqan RİH başçısıyla birgə, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadı Qurbanov, RİH başçısı aparatının əməkdaşları və aidiyyəti dövlət orqanlarının nümayəndələri də iştirak ediblər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri barədə məlumat verib. Bildirilib ki, son dövrlərdə Beyləqanda infrastruktur layihələrinin icrası, əkinçilik sahəsinin inkişafı, eləcə də suvarma sisteminin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Həmçinin qarşıda duran vəzifələr və planlaşdırılan layihələr barədə də məlumat verilib.
Görüş zamanı kənd sakinləri tərəfindən səsləndirilən müraciətlər diqqətlə dinlənilib, qaldırılan məsələlər yerində araşdırılıb və onların həlli istiqamətində aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verilib.
Sonda vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







