Beyləqanda səyyar vətəndaş qəbulları davam etdirilir
09 sentyabr 2025 | 17:47
Sentyabrın 9-da Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Mayak qəsəbəsində vətəndaşlarla səyyar qəbul-görüş keçirib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş qəhrəmanlar şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən RİH başçısı Əziz Əzizov rayonun mövcud vəziyyəti, həyata keçirilən sosial-iqtisadi layihələr və qarşıda duran vəzifələr barədə danışıb. Qeyd olunub ki, ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinin operativ həlli, onların problemlərinin yerində öyrənilməsi daim diqqət mərkəzində saxlanılır.
Görüşdə sakinlər müxtəlif sahələr üzrə müraciətlərini səsləndiriblər. Qaldırılan məsələlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sonda sakinlər ölkəmizdə vətəndaş amilinə göstərilən yüksək diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.







