Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda su ehtiyatlarının səmərəli istifadəsinə dair maarifləndirici tədbir keçirilib.

29 aprel 2025 | 15:45
Aprelin 28-də Beyləqan Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşları, yerli icra nümayəndələri, bələdiyyə üzvləri, sudan istifadə edən birliklərin nümayəndələri və fermerlər iştirak ediblər.
 
Tədbirdə məişətdə və kənd təsərrüfatında su ehtiyatlarından qənaətlə və səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb, iştirakçılarla bu istiqamətdə geniş müzakirələr aparılıb. Eyni zamanda, su ehtiyatlarının qorunması, səmərəli idarə olunması, müasir suvarma texnologiyalarının tətbiqi və əkin sahələrinin suvarılmasında suyun israf edilməsinin qarşısının alınması üçün zəruri nəzarət tədbirlərinin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Keçidlər