Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Sükut” adlı şeirlər kitabının təqdimatı olub.

17 iyul 2026 | 19:37
17 iyul2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyəti başçısı cənab Əziz Əzizovun təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Beyləqan Tarix Diyarşünaslıq Muzeyinin və Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin birgə təşkilatçılığı ilə Beyləqan rayon Mədəniyyət və istirahət parkında, ustad-qiraətçi Həsən Tağızadənin moderatorluğu ilə, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsinin və "Araz" ədəbi birliyinin üzvü, gənc şair Məhərrəm Orucsoyun “Sükut” adlı şeirlər kitabının təqdimatı olub.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayon ağsaqqallar şurasının sədri, təşkilatçı qurumların üzvləri, ictimaiyyət nümayəndələri və ədəbi-mədəni çevrənin təmsilçiləri iştirak ediblər.
 
İlk öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
 
Şairin təqdimatı olan şeirlər toplusunda vətənpərvərlik, vətənə və torpağa sevgi mövzusunda şeirlər yer alıb.
 
Təqdimatda Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Suliddin Əsgərov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov, rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əzizə Ağahüseynqızı, Əvəz Qurbanlı, Tahirə Xudaverdiyeva, AYB-nin Beyləqan Bölməsinin sədri Fazil Əsəd və digər çıxışçılar müəllifin yaradıcılığı barədə fikirlərini bildirib, şeirlərindən parçalar səsləndirib, xatirələrini dilə gətirib və müəllifə yaradıcılıq uğurları arzulayıblar.
 
Sonda müəllif çıxış edərək, tədbirin təşkilinə və yüksək iştirakçılığa görə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova, təşkilatçı qurumların rəhbərliyinə və bütün iştirakçılara təşəkkürünü və minnətdarlığını bildirib.
Keçidlər