Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda suvarma infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir

15 may 2026 | 18:47
Beyləqan rayonunda suvarma mövsümünə hazırlıq çərçivəsində meliorasiya və irriqasiya infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.
 
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən rayonumuza təqdim olunmuş xüsusi təyinatlı uzunbomlu ekskavator və manipulyator kran tipli qaldırıcı maşın vasitəsilə həyata keçirilən işlər nəticəsində su kanalları lildən, kol-kosdan və su axınına maneə yaradan digər tullantılardan təmizlənir. Müasir texnikanın tətbiqi görülən işlərin daha operativ və keyfiyyətli icrasına imkan yaradır.
 
Aparılan tədbirlər su itkisinin qarşısının alınmasına, suvarma suyunun əkin sahələrinə fasiləsiz çatdırılmasına və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına mühüm töhfə verir. Bu işlər eyni zamanda kənd təsərrüfatının dayanıqlı inkişafına, məhsuldarlığın yüksəldilməsinə və fermerlərin su təminatının etibarlı şəkildə təşkil olunmasına şərait yaradır.
 
Əkinçilər görülən tədbirləri yüksək qiymətləndirərək, kənd təsərrüfatına göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə minnətdarlıqlarını bildirirlər.
Keçidlər