Beyləqanda “Talassemiyasız həyat naminə” qanvermə aksiyası keçirildi.
09 sentyabr 2026 | 13:47
9 sentyabr 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyəti, “Respublika Qan Bankı” publik hüquqi şəxsi və “Beyləqan RMX”sı publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Gənclər Evində könüllü qanvermə aksiyası keçirilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, aparatın məsul nümayəndələri və “Beyləqan RMX” publik hüquqi şəxsin direktoru Leylan Nəsirova ilə birlikdə aksiyanın keçirildiyi yerə baxış keçirib, burada yaradılmış şəraitlə tanış olub və qanvermə aksiyasına qoşulan donorlarla söhbət aparıblar.
Aksiya zamanı donorların ilkin tibbi müayinəsi həyata keçirilib, qanverməyə uyğunluqları müvafiq qaydada yoxlanılıb. Tibbi personal tərəfindən qanvermə prosesi təhlükəsizlik və sanitariya normalarına uyğun şəkildə təşkil olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı talassemiyadan əziyyət çəkən insanların müalicəsinə və qan donorluğunun təşviqinə mühüm töhfə verir.
Beyləqan Rayon İcra Hakimiyyəti olaraq aksiyada iştirak edən bütün vətəndaşlara təşəkkür edir, onları gələcəkdə də belə xeyirxah və humanist təşəbbüslərdə fəal iştirak etməyə çağırırıq.







