Beyləqanda təmizlik işləri hava şəraitindən asılı olmayaraq davam edir
19 yanvar 2026 | 17:50
Beyləqanda əlverişsiz hava şəraitinə baxmayaraq rayonun küçə və prospektini, yaşayış məntəqələrini təmiz, nizamlı və səliqəli saxlamaq üçün fasiləsiz xidmət göstərilir.
Mənzil-Kommunal İstehsalatı Birliyinin əməkdaşları tərəfindən görülən işlər çərçivəsində küçə və yaşayış məntəqələrinin ərtafının təmizlənməsi, tullantıların yığılması və digər zəruri tədbirlər həyata keçirilir.
Həmçinin qar yağışından sonra hərəkətin fasiləsizliyinin təmin olunması üçün əhalinin sıxlıqla hərəkət etdiyi yerlər, səkilər və dayanacaqlarda yolun hərəkət hissəsinin təmizlənməsi tədbirləri həyata keçirilir.







