Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda təmizlik və abadlıq işləri mütəmadi həyata keçirilir.

29 aprel 2026 | 10:57
Beyləqan şəhərində abadlıq və təmizlik istiqamətində həyata keçirilən tədbirlər ardıcıl şəkildə davam etdirilir. Şəhərin park, ictimai məkanlarında, eləcə də yaşayış sahələrinin ətrafında genişmiqyaslı təmizlik işləri aparılır, ərazilər məişət tullantılarından təmizlənərək səliqəli görkəmə gətirilir.
 
Eyni zamanda yaşıllıq sahələrinə xüsusi diqqət yetirilir, ağac və kolların ətrafı təmizlənir, ərazilərdə ot biçini aparılır, sahələr alaq otlarından və lazımsız bitki örtüyündən təmizlənir. Görülən işlər şəhərin ekoloji mühitinin qorunmasına və ümumi görünüşünün daha da yaxşılaşdırılmasına xidmət edir.
Keçidlər