Beyləqanda təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.
13 avqust 2026 | 18:12
Beyləqan Rayon İcra Hakimiyyətinin tapşırıq və göstərişlərinə uyğun olaraq, Beyləqan Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən Şəhid Vasif Quliyevin adını daşıyan küçədə təmizlik, abadlıq və bərpa işləri görülüb.
Küçə boyunca ərazi məişət tullantılarından və alaq otlarından təmizlənib, yol kənarlarında səliqə-sahman yaradılıb, ağac və kollar budanıb, yaşıllıqlara qulluq göstərilib.







