Beyləqanda təmizlik və abadlıq işləri mütəmadi olaraq həyata keçirilir
05 yanvar 2026 | 17:57
Yeni iş gününün başlanğıcı ilə Beyləqan şəhərinin əsas küçə və prospektlərində təmizlik və abadlıq işləri sürətlə davam etdirilir.
Rayon İcra Hakimiyyətinin müvafiq tapşırıq və göstərişlərinə əsasən, aidiyyəti qurumların əməkdaşları tərəfindən həyata keçirilən bu tədbirlər rayonun ictimai məkanlarının səliqəli və nizamlı saxlanmasına xidmət edir.







