Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib

17 iyun 2026 | 11:27
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Beyləqan rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.
 
Bu münasibətlə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının məsul nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Beyləqan RMX”sı publik hüquqi şəxsin rəhbərliyi və tibb işçiləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, onun əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
 
Qeyd edək ki, Azərbaycan səhiyyəsinin inkişafı və müasir səhiyyə sisteminin formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz onun 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il 17 iyun ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı kimi qeyd olunur.
 
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində genişmiqyaslı islahatlar uğurla davam etdirilir. Müasir tibb müəssisələrinin tikilməsi və əsaslı təmiri, səhiyyə infrastrukturunun daha da gücləndirilməsi, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması, həmçinin tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycan səhiyyəsinin davamlı inkişafını təmin edir.
Keçidlər