Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub

17 iyun 2025 | 11:57
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Beyləqan rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub.
 
Bu münasibətlə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, “Beyləqan RMX” publik hüquqi şəxsin rəhbərliyi və tibb işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri bu əlamətdar günün təsisçisi olan ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər.
 
Qeyd edək ki, Tibb İşçilərinin Peşə Bayramı Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli sərəncamı ilə təsis edilib.
Həmin sərəncama əsasən, hər il 17 iyun ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı kimi qeyd olunur. Bu tarix Azərbaycanın səhiyyə tarixində mühüm mərhələ sayılan – 1918-ci il iyunun 17-də Xalq Cümhuriyyəti hökumətinin ilk Səhiyyə Nazirliyini yaratması ilə bağlıdır.
 
Ölkənin səhiyyə sistemində çalışan bütün həkim və tibb personalı peşə bayramı münasibətilə təbrik edir və onlara şərəfli peşələrində uğurlar arzulayırıq!
Keçidlər