Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehsan süfrəsi təşkil edilib.

12 dekabr 2024 | 14:13
12 dekabr 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılmışdır.
 
“Kral” şadlıq sarayında ümumilikdə 500 nəfərin iştirakı ilə keçirilən mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və RİH başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının və YAP Beyləqan rayon təşkilatının rəhbərliyi, rayonun idarə, müəssisə, ictimai təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, ağsaqqallar və rayon sakinləri iştirak ediblər.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
 
Mərasimdə Ulu öndərin əziz xatirəsinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr və yasin surəsi oxunub.
Xütbələr zamanı ümummilli liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edilib.
 
Sonra Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi təşkil edilib.
Keçidlər