Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda ümumrayon iməcilik aksiyası təşkil olunub

11 avqust 2025 | 15:07
“Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Beyləqan rayonunda ümumrayon iməcilik aksiyası keçirilib.
 
Aksiya çərçivəsində yaşayış məntəqələrinin ətrafı və yol kənarlarında mövcud yaşıllıq zolaqlarına qulluq olunub, ərazidəki məişət tullantıları və alaq otları təmizlənib, digər abadlıq işləri aparılıb.
 
Qeyd edək ki, bu cür aksiyalar rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlam və abad mühitdə yaşamasının təmin edilməsi, habelə ölkə rəhbərliyinin irəli sürdüyü ekoloji təşəbbüslərə dəstək məqsədilə mütəmadi olaraq davam etdiriləcəkdir.
Keçidlər