Beyləqanda ümumtəhsil müəssisələri yeni tədris ilinə hazır vəziyyətə gətirilib
13 sentyabr 2025 | 14:24
2025/2026-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq Beyləqan rayonunda məktəblərin yeni dərs mövsümünə hazır vəziyyətə gətirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Təhsil müəssisələrinin şagirdləri sağlam və səliqəli mühitdə qarşılamaları məqsədilə rayon ərazisində yerləşən ümumtəhsil məktəblərinin həyət və ətraf ərazilərində təmizlik və abadlıq işləri görülüb.
Müvafiq qurumların əməkdaşlarının iştirakı ilə həyata keçirilən tədbirlər zamanı məktəb həyətləri, yaşıllıq zolaqları və gediş-gəliş yolları tullantılardan təmizlənib, səliqə-sahman yaradılıb. Zəruri sahələrdə abadlıq işləri aparılaraq şagirdlərin dərs prosesinə rahat və təhlükəsiz mühitdə başlamaları üçün şərait təmin edilib.







