Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Ürək-yetim uşaqlar arzu yazan divardır” adlı şeirlər kitabının təqdimatı olub.

30 iyun 2026 | 15:22
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı cənab Əziz Əzizovun təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Beyləqan Tarix Diyarşünaslıq Muzeyinin və Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin birgə təşkilatçılığı ilə Beyləqan Tarix Diyarşünaslıq Muzeyində, filoloq Rəşidə xanım Allahverdiyevanın moderatorluğu ilə, gənc şair Mücirəddin Mübarizin “Ürək-yetim uşaqlar arzu yazan divardır” adlı şeirlər kitabının təqdimatı olub.
 
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayon ağsaqqallar şurasının sədri, təşkilatçı qurumların üzvləri, ictimaiyyət nümayəndələri və ədəbi-mədəni çevrənin təmsilçiləri iştirak ediblər.
 
Şairin təqdimatı olan şeirlər toplusunda vətənpərvərlik, milli dəyərlər, şəhidlik, insan taleyi, sosial mövzular və dərin fəlsəfi düşüncələr yer alıb.
 
Təqdimatda Beyləqan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı Suliddin Əsgərov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin sədri Fazil Əsəd və digər çıxışçılar müəllifin yaradıcılığı barədə fikirlərini bildirib, şeirlərindən parçalar səsləndirib və müəllifə yaradıcılıq uğurları arzulayıblar.
 
Sonda müəllif çıxış edərək, tədbirin təşkilinə dəstəyinə görə Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizova, təşkilatçı qurumların rəhbərliyinə və bütün iştirakçılara təşəkkürünü və minnətdarlığını bildirib.
Keçidlər