Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda “Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq yaradıcılıq festivalı keçirilib.

09 iyun 2023 | 21:21
09 iyun 2023-cü il tarixində Beyləqan şəhər Heydər Əliyev parkında Rayon İcra Hakimiyyəti, rayon Mədəniyyət İdarəsi, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib.
 
Festivalda məktəblilərin rəsm əsərlərindən ibarət sərgi, rəngarəng rəqs səhnəcikləri, uşaqların ifalarından ibarət vətənpərvərlik mövzusunda musiqi və şeir kompozisiyaları nümayiş etdirilib.
 
Festivalda həmçinin Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi qurulmuş, şahmat və güləş oyunları da baş tutmuşdur.
Keçidlər