Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Uşaqlar Günü qeyd olunub.

01 iyun 2024 | 12:16
Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Mədəniyyət Mərkəzinin, Montessori Beyləqan Uşaq İnkişaf Mərkəzinin, Beyləqan rayon Təhsil sektorunun, 3 nömrəli uşaq bağçasının və Günərzi Uşaq Qayğı Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Parlayan ulduzlar” adlı bayram tədbiri keçirilib.
 
Bayram tədbirində Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Beyləqan rayon təşkilatının sədri, rayon Ağsaqqallar şurasının sədri, şəhid və qazi övladları, rayonun idarə və təşkilatlarının rəhbərləri, Montessori Beyləqan İnkişaf Mərkəzinin, Beyləqan rayon 3 nömrəli uşaq bağçasının əməkdaşları və uşaqları, Beyləqan rayon Gənclər Evinin rəhbərliyi, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, mədəniyyət müəssisələrinin əməkdaşları və rayon ictimaiyyəti nümayəndələri iştirak edib.
 
Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova uşaqları bayram münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
 
Tədbirdə Montessori Uşaq İnkişaf Mərkəzinin, 3 nömrəli Uşaq bağçasının, Günərzi Uşaq Qayğı Mərkəzinin və Niyazi adına Uşaq Musiqi Məktəbinin istedadlı uşaqlarının hazırladığı bir-birindən maraqlı səhnəciklər, rəngarəng rəqslər, şən musiqi nömrələri təqdim olunub və şeirlər səsləndirilib.
 
Bayram tədbiri iştirakçılar tərəfindən alqışlarla və coşqu ilə qarşılanıb.
Keçidlər