Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda "Vətən kuboku" uğrunda final yarışı keçirildi.

24 oktyabr 2023 | 12:38
24.10.2023-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə təhsil sektoru, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə Gənclər və İdman sektoru, Beyləqan Gənclər Evi SXM və Mil İntellektual Klubunun təşkilati dəstəyi ilə həyata keçirilən "Beyləqan məktəbliləri arasında “Vətən kuboku" layihəsi çərçivəsində Beyləqan Gənclər Evi SXM-in akt zalında “Vətən kuboku" - final təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova iştirakçıları salamlamış və onlara uğurlar arzulamışdır. Mil-Muğan Regional Gənclər və İdman İdarəsi Beyləqan rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Sənan Quliyev intellektual yarışların xüsusi əhəmiyyətini vurğulamış, gənclərlə bağlı gələcək hədəflərdən söz açmışdır. Mil İntellektual Klubunun sədri Eyruz Pəsiyev də öz çıxışında intellektual yarışmaların asudə vaxtın səmərəli təşkilində vacibliyini xüsusi qeyd etmişdir. İctimai birliyin sədri Mürsəl Behbudlu isə layihə, donor və digər məsələlər haqqında ətraflı məlumat vermişdir.
Ümumilikdə 44 məktəbdən 264 nəfər məktəblinin qatıldığı layihənin finalında 16 komanda iştirak edirdi. Final Xəmsə milli intellektual oyun növü üzrə təşkil edimişdir. 4 saat davam edən gərgin mübarizənin sonunda Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbi 1-ci, I Aşıqlı və II Aşıqlı kənd tam orta məktəbinin komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerin sahibi olmuşlar. 4-cü yeri işə Şahsevən kənd 1 nömrəli tam orta məktəbinin “Gəraylar” komandası tutmuşdur. Qaliblərə kubok, medal və diplomlar təqdim edilmişdir.
Qeyd edək ki, layihə 01.08.2023-cü il tarixlərini əhatə edir. Layihə çərçivəsində Beyləqan rayonu 5 zonaya bölünmüşdür. Hər zonada yerləşən məktəblilər yarışa cəlb edilmişdir. Hər zonadan ilk 3 yeri tutan komanda finala vəsiqə qazanmışdır. Ən yaxşı 4-cü yerin sahibi olaraq 4-cü yeri isə Şahsevən kənd 1 nömrəli tam orta məktəbinin “Gəraylar” komandası da finalçılar arasına düşməyi bacarmışdır.
Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Keçidlər