Beyləqanda vətəndaşlarla səyyar görüşlər davam etdirilir
25 noyabr 2025 | 18:17
Noyabrın 25-də Beyləqan rayonunun İkinci Şahsevən kəndində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirilib.
Görüşdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, RİH başçısının müavinləri, şöbə müdirləri, aidiyyəti qurumların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
RİH başçısı Əziz Əzizov çıxışında ölkə rəhbərliyinin tapşırıqlarını diqqətə çatdıraraq bu cür səyyar görüşlərin əsas məqsədinin vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, problemlərin operativ şəkildə araşdırılması və həlli üçün müvafiq tapşırıqların verilməsi olduğunu vurğulayıb.
Kənd sakinləri çıxış edərək su təchizatı, sosial infrastruktur, məşğulluq və digər mövzularla bağlı müraciətlərini səsləndiriblər. Hər bir müraciət üzrə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılması və həlli istiqamətində rayon rəhbəri tərəfindən tapşırıqlar verilib.
Sonda İkinci Şahsevən kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.







