Beyləqanda yanğın hadisəsi baş vermiş yaşayış binasında bərpa işlərinə başlanılıb
05 yanvar 2026 | 14:59
03.01.2026-ci il tarixdə Beyləqan şəhəri, Cəmşid Naxçıvanski küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın hadisəsi baş vermişdir. Binanın 2-ci mərtəbəsindən başlayan yanğın nəticəsində dam örtüyünün müəyyən qismi yanaraq yararsız vəziyyətə düşmüşdür.
Yanğın hadisəsindən dərhal sonra ərazidə təmizləmə işləri və digər zəruri tədbirlər həyata keçirilmiş, tikinti materialları tədarük olunaraq yanğın nəticəsində ziyan görmüş dam örtüyündə bərpa və təmir işlərinə başlanılmışdır.
Hazırda yaranmış vəziyyətin tam aradan qaldırılması məqsədilə bütün zəruri tədbirlər davam etdirilir.
Sakinlərin ən qısa zamanda normal yaşayış şəraitinə qayıtmasının təmin edilməsi məqsədilə həyata keçirilən bərpa işləri sürətli və planlı şəkildə həyata keçirilir.







