Beyləqanda “Yeni ilə təmiz mühitlə” devizi ilə ümumrayon iməcliyi keçirilib
22 dekabr 2025 | 11:27
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində, dekabrın 22-si Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində “Yeni ilə təmiz mühitlə” devizi ilə ümumrayon iməcliyi keçirilib.
Səhər saatlarından başlayan iməcilik rayonun bütün kənd və qəsəbələrini əhatə edib. Tədbir çərçivəsində ağaclar budanıb, məişət tullantıları yığışdırılıb, əsas və kənd arası yolların kənarları təmizlənib.
İməclikdə rayon sakinləri, yerli icra nümayəndələri və aidiyyəti qurumların əməkdaşları fəal iştirak edərək, həmrəyliyə nümunə göstəriblər.







