Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda yol infrastrukturu mərhələli şəkildə yenilənir.

13 aprel 2026 | 11:57
Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində şəhərin Gəray Əsədov küçəsində asfaltlanma işləri aparılıb. Uzun müddətdir istismar müddətini başa vurmuş və yararsız vəziyyətdə olan yol əsaslı şəkildə yenilənərək yeni asfalt örtüyü ilə təmin olunub.
 
Görülən işlər nəticəsində küçədə nəqliyyatın hərəkəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, sakinlərin gündəlik gediş-gəlişi üçün rahat və təhlükəsiz şərait yaradılıb.
 
Qeyd edək ki, rayon ərazisində yol infrastrukturunun yenilənməsi istiqamətində işlər mərhələli və sistemli şəkildə davam etdirilir. Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanın Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Keçidlər