Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda yol infrastrukturu yenilənməsi davam etdirilir.

17 iyun 2025 | 12:14
Beyləqan rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər çərçivəsində, Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Avtosovxoz adlanan yaşayış massivində yerləşən dalanlarda asfaltlanma işləri aparılıb.
 
Yerli sakinlərin uzun illər gözlədiyi bu infrastruktur yeniliyi həm nəqliyyatın hərəkətini, həm də vətəndaşların gündəlik həyat şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq rayon rəhbərliyi tərəfindən vətəndaşların müraciətlərinə həssas yanaşılması və yaşayış mühitinin yaxşılaşdırılması istiqamətində görülən bu kimi işlər mərhələli şəkildə davam etdiriləcəkdir.
Keçidlər