Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda yol infrastrukturun yenilənməsi davam etdirilir

19 dekabr 2025 | 09:25
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü regional inkişaf siyasəti ölkənin bütün bölgələrində sosial və infrastruktur layihələrinin ardıcıl icrasını təmin edir. Bu siyasət çərçivəsində regionlarda yol-nəqliyyat şəbəkəsinin yenilənməsi, yaşayış məntəqələrinin abadlaşdırılması və əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Dövlət başçısının regionlara göstərdiyi xüsusi diqqət nəticəsində Beyləqan rayonunda da mühüm abadlıq və quruculuq tədbirləri sistemli şəkildə həyata keçirilir.
 
Bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsi olaraq Beyləqan şəhərinin Akif Əkbərov küçəsində yeni asfalt örtüyünün çəkilməsi təmin olunub. Aparılan yol-nəqliyyat infrastrukturu işləri küçənin görünüşünü əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla yanaşı, sakinlərin və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə şərait yaradıb.
 
Qeyd edək ki, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yolların təmiri, asfaltlanması, abadlıq və yaşıllaşdırma işləri mərhələli şəkildə davam etdirilir. Görülən işlər gələcək dövrdə də davam etdirilərək rayonun ümumi inkişafına və yaşayış mühitinin daha da yaxşılaşdırılmasına yönəldiləcək.
Keçidlər