Beyləqanda yol infrastrukturunun yenilənməsi işləri davam etdirilir
28 dekabr 2025 | 16:35
Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən 2025-ci ildən start götürən bərpa və quruculuq işləri çərçivəsində ilin sonlarına doğru rayonun müxtəlif ərazilərində yol infrastrukturunun mərhələli şəkildə yenilənməsi ardıcıl olaraq davam etdirilir.
Hazırda Beyləqan şəhərinin Əlizamin Mustafalı küçəsində yeni asfalt örtüyünün çəkilməsi üçün hazırlıq işləri aparılır. Bu məqsədlə ərazidə mövcud yol örtüyü təmizlənir, yol yatağı hamarlanır və zəruri texniki tədbirlər görülür.
Görülən işlər rayon sakinlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına və yaşayış mühitinin ümumi keyfiyyətinin yüksəldilməsinə xidmət edir.







