Beyləqanda “Zəfərdən doğan iftixar” adlı konsert proqramı təşkil olunub.
Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbirlərə uyğun olaraq Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinin və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Beyləqan rayon Kəbirli kənd M. Fərzəliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan iftixar” adlı konsert proqramı təşkil olunub.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi, Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan rayon Təhsil Sektorunun müdiri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, məktəbin müəllim-şagird kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib.







