Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib

27 aprel 2026 | 17:56
Beyləqan Rayon İcra Hakimiyyəti və “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
 
Gənclər Evində baş tutan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Beyləqan RMX”sı publik hüquqi şəxsin rəhbərliyi və kollektivi, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, eləcə də Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov tədbiri giriş nitqi ilə açaraq akademik Zərifə Əliyevanın zəngin elmi irsindən, Azərbaycan oftalmologiya elminin inkişafında göstərdiyi xidmətlərdən, yüksək insani keyfiyyətlərindən və nümunəvi həkim-ziyalı obrazından bəhs edib. Ə.Əzizov Zərifə xanımın adının təkcə elmi mühitdə deyil, bütün cəmiyyət üçün mərhəmət, humanizm və peşəkarlıq simvoluna çevrildiyini vurğulayıb.
 
Rayon rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım, eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi prosesində dahi rəhbərin ən etibarlı və mənəvi dayaqlarından biri olmuş, bu yüksək mənəvi dəyərlər bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və humanizm prinsiplərinin daha da güclənməsində öz davamını tapmışdır.
 
YAP Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Bayram Muradov və Rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov çıxışlarında Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərindən, gənc həkimlər üçün örnək məktəb olmasından, onun peşəkar yanaşması ilə yanaşı, insanlara olan yüksək diqqət və qayğısından danışıblar.
 
Tədbirdə həmçinin Beyləqan RMX-nın həkimləri-Günel Bayramova və Fazil Azadov da çıxış edərək Zərifə Əliyevanın həkimlər üçün yaratdığı nümunədən, tibbdə peşəkarlıq və mərhəmətin vəhdətindən söz açaraq onun irsinin bu gün də tibb işçiləri üçün yol göstərən bir məktəb olduğunu qeyd ediblər.
 
Tədbir çərçivəsində Yuxarı Kəbirli kəndinin müəllimi Samirə Namazova da çıxış edib, həmçinin həmin məktəbin şagirdlərinin təqdimatında Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər səsləndirilib.
 
Sonda qeyd olunub ki, akademik Zərifə Əliyevanın parlaq xatirəsi və zəngin elmi irsi daim yaşayacaq, gələcək nəsillərə elmə, insana və Vətənə xidmət nümunəsi olaraq yol göstərəcəkdir.
Keçidlər