Beyləqanlı abituriyent yüksək nəticəsi ilə region birincisi oldu!
27 avqust 2026 | 18:03
2026/2027-ci il tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən Beyləqan rayonunun istedadlı məzunlarından biri – Beyləqan şəhər E.Bayramov adına təbiət və humanitar fənlər təmayüllü liseyin məzunu Kərimli Sara Elzamin qızı 692,8 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub.
Sara Kərimlinin yüksək nəticəsi onu Mil-Muğan regionu üzrə birinci edib.
Gənc məzunumuzu qazandığı yüksək nailiyyət münasibətilə təbrik edir, ona gələcək təhsilində və peşə fəaliyyətində yeni uğurlar arzulayırıq!
Xatırladaq ki, 2026-cı il üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında Beyləqan rayonunun daha 13 məzunu 600-dən yüksək bal toplayaraq yüksək nəticə göstərib.







